Bakıda Güney Azərbaycan, Borçalı və Dərbənd mövzusunda konfrans keçirilir - FOTO

17/12/2022 - 13:44

Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə növbəti konfrans keçirilir.

Qafqaz.media-nın tədbirdə olan əməkdaşının verdiyi məlumata əsasən, toplantıda Güney Azərbaycan, Borçalı və Dərbənddə olan mövcud vəziyyətlə əlaqədar müzakirələr aparılır.

Konfransda bir sıra siyasilər, elm adamları və ictimai fəallarla yanaşı, Milli Məclisin üzvləri Fəzail Ağamalı və Razi Nurullayev də iştirak edir.

Tədbirlə əlaqədar daha geniş məlumat verəcəyik.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12