Bakıda kişi qadın tərəfindən bıçaqlanıb

04/07/2024 - 05:37

Bakının Suraxanı rayonunda qadın kişiyə iki bıçaq zərbəsi vurub.APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.Belə ki, Ramiz Quliyev 71 ünvanında 1994-cü il təvəllüdlü Hüseynzadə Fərid Həsən oğlu birgə yeyib-içdiyi qadın tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin iki bıçaq xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ