Bakıda stadiona avtomobillə daxil olan Türkiyə vətəndaşı həbs edildi - RƏSMİ AÇIQLAMA

22/11/2024 - 22:39

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.  DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib. Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.  Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44