Bakıya qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

06/01/2023 - 16:22

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 08-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

    Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.

    Bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

    Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

    Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.