“Bizə qarşı ikiüzlü siyasət həyata keçirilir” - ƏRDOĞANDAN SƏRT XƏBƏRDARLIQ

09/12/2022 - 13:37

“Türkiyənin mübarizə apardığı terror təşkilatlarına yardım edən Avropa ilə ortaq gələcək qura bilmərik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Vorld forumunda deyib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsində rəsmi Ankaraya qarşı ikiüzlü siyasət həyata keçirilib.

“Halbuki biz İkinci Dünya müharibəsindən sonra Avropa ilə əməkdaşlığı seçmişik. Avropanın təhlükəsizliyi və rifahına verdiyimiz dəstəyi kimsə inkar edə bilməz. Bizim fədakarlığımıza rəğmən, terrorla mübarizədə Avropanın bizi tək qoyduğunu əsla unutmayacağıq”, - Türkiyə lideri vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33