BMT İranda edamları dərhal dayandırmağa çağırdı

09/12/2022 - 08:54

“BMT İranda edamları dərhal dayandırmağa çağırır”.

Bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm cəzası yaşamaq hüququna ziddir: “Biz ölüm hökmünün tətbiqinə qəti şəkildə qarşıyıq. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindəki həmkarlarımıza qoşularaq, bu edamları dərhal dayandırmağa çağırırıq”.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ