Britaniya İrana qarşı sanksiya tətbiq etdi
14/01/2023 - 18:42
Böyük Britaniya İrana qarşı sanksiya tətbiq edib.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu barədə “Twitter”də yazıb.
O bildirib ki, sanksiya İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır.
“Biz rejimin dəhşətli insan haqları pozuntularına görə cavab verməsini tələb edirik”, - deyə o qeyd edib.