“BU DAİRƏDƏN NAMİZƏD OLACAM...” – Sərdar Cəlaloğlu Siyavuş Novruzova rəqib olacaq

08/07/2024 - 06:33

“Namizədliyimi 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən irəli sürmək qərarına gəlmişəm”.

Bunu Qafqaz.Media-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.Partiya sədri qeyd edib ki, seçki dairəsinin hüdudları əsasən onun doğulduğu rayonun ərazini əhatə edir. “Şahbuzun cəmi bir neçə kəndi ora düşür”, - o əlavə edib.ıQeyd edək ki, hazırda həmin dairənin seçicilərini parlamentdə YAP-çı deputat Siyavuş Novruzov təmsil edir. Bu günlərdə o, mediada hakim partiyadan deputatlığa namizəd olmayacağı barədə yayılan xəbərlərə kəskin reaksiya verərək, bunu özünə qarşı təxribat adlandırıb.

Belə görünür, 1 sentyabr növbədənkənar parlament seçkilərində ən maraqlı çəkişmələrdən biri 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsində qeydə alınacaq...

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33