BU GÜN GÜRCÜSTANIN İRİ ŞƏHƏRLƏRİNDƏ SAAKAŞVİLİYƏ DƏSTƏK AKSİYASI KEÇİRİLƏCƏK - Eks-prezidentin həbsdən azad edilməsi tələb olunur / Yenilənib

04/01/2023 - 12:54

Xəbər verdiyimiz kimi, bu gün, yanvarın 4-də Gürcüstanın bütün böyük şəhərlərində ölkənin üçüncü prezidenti Mixail Saakaşvili ilə həmrəylik aksiyaları keçiriləcək.

Qafqaz.media xəbər verir ki, Tibilisidə vətəndaşlar Sülh Körpüsünə toplaşacaqlar. Aksiya saat 18:00-da başlayacaq.

Vahid Milli Hərəkatın sədri Nika Meliya qeyd edib ki, ölkənin sabit, demokratik inkişafı ilə üçüncü prezidentin öldürülməsi bir-birini istisna edir.

“Əminəm ki, həmrəylik aksiyasında partiya üzvlüyündən, siyasi əqidəsindən asılı olmayaraq bir çox vətəndaş iştirak edəcək. Burada ölkənin üçüncü prezidentinin həyatını xilas etməyə dəyər verənlər olacaq. Çünki onlar ölkənin sabit, demokratik inkişafı ilə ölkənin üçüncü prezidentinin öldürülməsinin bir-biri ilə istisna təşkil etdiyini başa düşürlər. Ona görə də biz hamını Gürcüstanın bütün böyük şəhərlərində və Tbilisidə - Sülh Körpüsündə, saat 18:00-da aksiyay qatılmağa çağırırıq”, - Meliya qeyd edib.

Partiyanın liderlərindən biri Levan Xabeişvili isə deyib ki, bu gün saat 18:00-da tərəfdarları ilə birlikdə Tbilisidə Gürcüstan hökumətinin administrasiyasının binası yaxınlığında, eləcə də Bidzina İvanişvilinin evi yerləşən Şekvetilidə etiraz aksiyaları keçirəcəklər.

Qafqaz.media

***

Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı, ölkənin bütün böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.

Müxalif Vahid Milli Hərəkat partiyasının sədri Nika Melia ölkənin üçüncü Prezidentinin həbsdən azad edilməsi üçün siyasi baxışından asılı olmayaraq, hər kəsi aksiyalarda iştirak etməyə çağırıb.