"Bu yaşa çatacağımı düşünmürdüm"

23/01/2024 - 14:16

"80 yaşın tamam olması mənə bir qədər qəribə gəlir. Həyatımda bir çox keşməkeşlər olub. Açığı, bu yaşa gəlib çatacağımı düşünmürdüm. Hər halda görünür ki, bu qədər ömür sürməkdə də Allahın bir hikməti varmış".

Qafqaz.Media xəbər verir ki, bunu bu gün 80 yaşı tamam olan Xalq artisti Hacı İsmayılov "AzərTac"a müsahibəsində deyib. Sənətçi rol aldığı “Həm ziyarət, həm ticarət” filminin çəkilişi zamanı yadında qalan maraqlı hadisədən söhbət açıb:

"Həmişə işimə məsuliyyətli olsam da, bir gün “Həm ziyarət, həm ticarət” filminin çəkilişlərindən birinə 1 saatdan çox gecikdim. Fikirləşmişdim ki, rejissor Rasim Ocaqov məni danlayacaq. İçəri keçdim, məndən pulumun olub-olmadığını soruşdu. Dedim ki, bəli var. Cibimdən on manat çıxardım. O vaxtlarda bu pulun yüksək dəyəri vardı. Pulu aldılar, çəkiliş başladı. Çəkiliş vaxtı fikirləşirəm ki, mənimlə zarafatlaşırlar. Sən demə həmin gün aktyorlardan birinin doğum günü imiş, mənim xəbərim yox idi. İşimiz bitdi, hər kəs ad gününü qeyd etmək üçün kinostudiyaya getdi, mən qaldım tək. Bu da mənim üçün böyük cəza idi".

Hacı İsmayılov son vaxtlar çəkilən film və seriallar haqda isə bunları deyib:

"Sözün düzü, bütövlükdə serialların hamısına baxmamışam. Ona görə də qiymət verə bilmərəm. Amma axırıncı dəfə “Olimpiya” adlı filmə çəkildim. Filmin mənim üçün üstünlüyü onda idi ki, o dövrdə bizim çəkildiyimiz kino prosesi kimi idi, başqa sözlə ifadə etsəm, yəni aktyorlara xüsusi diqqət göstərilirdi".

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49