ÇEÇEN “TİK-TOKER” UKRAYNADA MƏHV EDİLDİ – O, Kadırovun ən yaxın adamlarından birinin oğludur / FOTO
Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri Ukrayna Silahlı Qüvvələri artıq 110 740 işğalçını məhv edib.
Qafqaz.media “Unian”-a istinadən xəbər verir ki, müharibə zamanı çeçen lider Ramzan Kadırovun Xantı-Mansi Muxtar Dairəsindəki nümayəndəsi Cambulat Zaurayevin oğlu da məhv edilib.
Məlumata görə, 34 yaşlı Zaurayev Zaporojye vilayətində məhv edilib. “Tik-toker” olan kadırovçu könüllü kimi döyüşürdü.
Zaurayev yanvarın 3-də Çeçenistanda dəfn edilib.
Sosial şəbəkə hesabında onun Qroznı Dövlət Neft İnstitutunu bitirdiyi bildirilir. Rusiya Federasiyasının dövlət reyestrində o, "antikollektor" şirkətinin rəhbəri kimi qeyd olunub.
Qafqaz.media