CHP Kılıcdaroğlunun yerinə namizəd axtarışında - 3 NƏFƏRİN ADI HALLANIR
Qarşıdan gələn seçkilərdə Türkiyə prezidenti postuna iddiasını ortaya qoyan namizədlərdən biri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun yerinə partiya sədri postuna namizəd axtarılır.
Qafqaz.media Hurriyyet.az-a istinadən xəbər verir ki, hazırda CHP sədri postuna 3 şəxsin namizədliyi ciddi şəkildə müzakirə olunur.
Belə ki, Kılıcdaroğlu "6-lı masa"nın namizədi olarsa və seçkilərdə qələbə qazanarsa, o zaman CHP sədri postundan uzaqlaşmalı və partiyaya yeni rəhbər seçilməlidir. Bu üçün isə CHP qurultaya getməlidir.
Verilən məlumatlara görə, Kılıcdaroğlunun yerinə real namizəd kimi 3 nəfərin - CHP sədrinin köməkçisi Oğuz Kaan Salıcı, CHP Qrup başkanvəkili Özgür Özel və CHP sözçüsü Faiq Öztrakın adı hallanır.