Deputatlar parlament sədrinin icazəsi olmadan Saakaşviliyə baş çəkə bilməyəcəklər – YENİ QƏRAR

31/12/2022 - 00:12

Gürcüstan parlamenti sədrinin yeni qərarına əsasən, deputatlar bundan sonra onun və Penitensiar Xidmətin xüsusi icazəsi olmadan Mixail Saakaşviliyə baş çəkə bilməyəcəklər.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Parlament sədrinin sözlərinə görə, Saakaşvilinin təhlükəsizliyini və maraqlarını qorumaq üçün Xüsusi Penitensiar Xidmət təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib və icazələrin verilməsi ilə bağlı qərarların qəbulu zamanı bu halın nəzərə alınmasını xahiş edib.

Onun dediyinə əsasən, 2021-ci il oktyabrın 3-dən parlament sədri deputatlara 228 icazə verib ki, bu hüquqdan yalnız “məhkumla şəxsi və ya işgüzar görüşlər üçün” və saxlanma şəraiti ilə tanış olmaq üçün istifadə olunur.

Parlamentin sədri qeyd edir ki, Saakaşviliyə onun vəkilləri və Xalq Müdafiəçisinin nümayəndələri baş çəkə bildiyi üçün şəraitin effektiv monitorinqi təmin ediləcək.

Parlament sədrinin 2 yanvar 2023-cü ilədək verdiyi icazələr qüvvədə qalır.

Qafqaz.media