DÖVLƏT QURUMUNDA KÜTLƏVİ İXTİSAR - VİDEO

12/10/2024 - 10:42

Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarıldıqlarını iddia edirlər. Xezerxeber.az xəbər verir ki, məhz buna görə, onlar idarə qarşısına toplaşaraq narazılıqlarını ifadə ediblər. İşdən çıxarıldıqlarını iddia edən şəxslərin sözlərinə görə, Abşeronda "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs yaradıldıqdan sonra işçilərin kütləvi ixtisarı həyata keçirilib. İşçilərə öz ixtisaslarına uyğun başqa bir ünvanda iş axtarmaları tövsiyə edilib. Abşeron su meliorasiya sistemləri idarəsində isə onlara iş yerinin olmadığı bildirilib. İddialarla bağlı Dövlət Su Ehtiyatları Agentliyindən rəsmi mövqe bildirilib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21