Emmanuel Makron: Müttəfiqlər ukraynalıları Rusiya ilə güzəştə sövq etməməlidir

01/12/2022 - 22:45

Fransa prezidenti Emmanuel Makron düşünür ki, müttəfiqlər ukraynalıları Rusiya ilə “onlar üçün qəbuledilməz” olan güzəştə sövq etməməlidir.

"Biz heç vaxt ukraynalıları onlar üçün qəbuledilməz olan güzəştlərə getməyə çağırmayacağıq."

Qafqaz.media-nın xarici mətbuata istinadla məlumatına görə, Fransa prezidenti bunu Vaşinqtonda amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya ilə müharibənin başa çatması üçün mümkün ssenarilərlə bağlı sualı cavablandırarkən deyib.

"Əgər biz davamlı sülh istəyiriksə, ukraynalılara hörmət etməliyik ki, onlar öz əraziləri və gələcəkləri ilə bağlı danışıqlar aparacaqları vaxtı və şərtləri müəyyən edə bilsinlər", -deyə  Makron əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın  həm maliyyə, həm də Ukraynaya hərbi silahların verilməsi baxımından dəstəyi təkcə hücuma məruz qalan ölkə üçün deyil, həm də bütövlükdə Avropa üçün vacibdir.

“Çünki Ukraynadan və bu prinsiplərə tam əməl etməkdən imtina edə biləcəyimizi düşünsək, bu o deməkdir ki, bu dünyada heç bir sabitlik ola bilməz”, - Makron bildirib. O, ABŞ-ın artıq Ukraynaya ayırdığı pul və yardıma nəzərdə tutaraq, "Məncə, sizin bu qədər fəal iştirak etməyiniz son dərəcə vacibdir",- söyləyib.

Qafqaz.media

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33