Erməni analitik: Ermənistan İrəvana hücum təhlükəsi altında belə, “Zəngəzur dəhlizi”ni açmamalıdır
Azərbaycan güc yolu ilə “Zəngəzur dəhlizi”ni əldə etməyə çalışa bilər. Amma Bakı Ermənistanın spzügedən dəhlizi öz xoşuna açmağında maraqlıdır.
Qafqaz.media-nın erməni mətbuatına istinadla məlumatına görə, bu fikri erməni analitik Arqişti Kiviryan öz Facebook səhifəsində ifadə edib.
Onun sözlərinə görə, Azərbaycana bu bir tərəfdən beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar kimi qiymətləndirilməməsi üçün, digər tərəfdən də İranın gözlənilməz addımlar atacağından ehtiyat etdiyi üçün lazımdır. “Tehran üçün bu dövlət təhlükəsizliyi məsələsidir və İran təkcə Sünikə deyil, həmçinin Naxçıvana, Cəbrayıl-Zəngəlana və Muğana hücum edərək, Cənubi Azərbaycanla Azərbaycan dövləti arasında “ ya özünə yarayan, ya da ölü zona” yarada bilər.”
Analitik əlavə edib ki, riskə getməmək üçün hər zaman işini ehtiyatlı tutan İlham Əliyev erməni tərəfinin bu dəhlizi öz xoşuna amasına nail olmalıdır. Bu zaman həm gizli, həm də aşkar şəkildə bu dəhlizin açılması ideyasını dəstəkləyən beynəlxalq təşkilatlarla, həmçinin iranla bağlı məsələ öz həllini tapacaq. Belə ki, əgər ermənilər sözügedən dəhlizi könüllü olaraq açsa, İranın hər hansı kəskin hərəkəti təcavüzkarın qarşısını almaq aktı kimi qəbul edilməyəcək, əksinə Tehranın özü təcavüzkar kimi tanınacaq.
“ Erməni tərəfi heç bir halda, hətta düşmən qoşunları İrəvanı təhdid etməyə başlasa belə, könüllü olaraq bu dəhlizi açmamalıdır. Çünki bununla həm biz (çağdaş erməniləri-red.),həm də gələcək nəsillər bu ərazidə dövlətə sahib olmaq imkanından məhrum ola bilər...”, - deyə Kiviryan fikrini yekunlaşdırıb.
Qafqaz.media