Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

15/07/2024 - 11:32

Ermənistanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub. Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.Yeraltı təkanla Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ