Ermənistanda istefaların səbəbləri: Nikol onları “təmizləyir”

12/10/2024 - 11:13

Ermənistanda son ardıcıl istefaların səbəbləri məlum olub. Axar.az xəbər verir ki, erməni mediası son proseslərin istefa deyil, “təmizləmə” olduğu haqda məlumat yayıb. Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətdəki rusyönlüləri təmizləmək qərarı verib. Nikol Paşinyan iki gün öncə “Elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemlər və onların həlli imkanları” mövzusunda müzakirə keçirib və bu sahədə çatışmazlıqları gündəmə gətirib. Əsas hədəf Rusiyadan çox asılı olan bu sistemi mümkün qədər “milliləşdirmək”dir. Bu müzakirələrdən sonra Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan, ərazi idarəetmə nazirinin müavini Akop Vardanyan və iqtisadiyyat nazirinin müavini Narek Teryan işdən çıxarılıb. Sonuncu nazir müavini təyin olunana qədər Rusiyada müxtəlif vəzifələr tutub. Ermənistanda işlədiyi müddətdə isə qatı ruspərəst mövqe sərgiləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15