Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür

27/10/2024 - 05:19

Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür. APA xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib. 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30