Goranboyda bıçaqlanma hadisəsi baş verib

16/09/2024 - 21:35

Goranboyda bıçaqlanma hadisəsi baş verib. Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev şagird yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib. Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, bu gün Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb: "Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ