Gülyaz Məmmədova ayrılmasından danışdı
02/03/2024 - 16:32
Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində həyat yoldaşından ayrılmasından danışıb. O bildirib ki, 28 ildir təkdir.
G.Məmmədova aparıcı Zaur Baxşəliyevin bu haqda suallarına belə cavab verib:
"1996-cı ildən təkəm. Sual vermə, o günləri yada salma. İşimlə, dərslərimlə, tamaşalarımla məşğulam. Anamgil yanımda oldular. Gərək ailə bir yumruq kimi birləşsin. Biz də indi Gülyanağın (Xalq artisti Gülyanaq Məmmədova - red.) yanındayıq. Dörd övlad böyüdür. Alın yazımız, taleyimizdir".
Qeyd edək ki, G.Məmmədovanın bir oğul övladı var.
Qafqaz.Media