GÜNEYLİ SOYDAŞLARIMIZA DƏSTƏK VERİLMƏSİ QƏRARA ALINDI – Bakıda toplantı keçirilib / Fotolar

27/11/2022 - 12:26

Dünən Azərbaycan Bütövlük Platformasının təşkilatçılığı ilə Güney Azərbaycana dəstək xarakterli toplantı keçirilib.

Qafqaz.media xəbər verir ki, toplantı iştirakçıları çıxışlarında Güney Azərbaycanda yaşayan soydaşlarımıza dəstək məqsədilə son vaxtlar hakimiyyətin ortaya qoyduğu mövqeni də təqdir ediblər. Ümumilikdə isə, bu dəstəyin formatı müzakirə edilib.

Tədbirdə İran adlanan ölkədə gedən etiraz aksiyaları səbəbindən Güneyli soydaşlarımızın çətin durumda olduğu bildirilib və onlara kömək məqsədilə yardım kampaniyasının həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Güney Azərbaycandan olan soydaşlarımızın da iştirak etdiyi toplantıda tarixçi alim, Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli, deputat Sabir Rüstəmxanlı, tanınmış həkim Adil Qeybulla, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Atamoğlan Məmmədli və digər şəxslər çıxıb ediblər.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12