Gürcüstan 2008-ci ildə Ukraynadan aldığı "Buk" sistemlərini geri vermədi... - SAAKAŞVİLİ BUNU "ÇOX BÖYÜK AYIB" ADLANDIRDI

10/01/2023 - 17:56

Gürcüstanın “Buk” sistemini Ukraynaya verməkdən imtina etməsi çox böyük ayıbdır.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Gürcüstan bir vaxtlar prezident Yuşşenkonun köməyi ilə onları ən aşağı qiymətə alıb.

Ukraynaya “Buk” sistemlərini verməkdən imtina etmək ayıbdır! Prezident Yuşşenkonun köməyi ilə biz onları o zaman ən aşağı qiymətə aldıq. Yanukoviç Ukraynaya gələndə hətta “Buk”un Gürcüstana verilməsinə görə Yuşşenkoya qarşı iş də açdırdı və bunu Rusiyanın göstərişi ilə etdi. Üstəlik, bizə “Buk”dan istifadə etməyi öyrədən təlimatçı polkovnik Mamçur 2017-ci ildə Rovnoda rus agentləri tərəfindən öldürülüb.

İndi amerikalılar Ukraynaya “Buk” üçün çoxlu sayda raket veriblər. Ən əsası, bu addımla biz təkcə ukraynalıların deyil, Ukraynaya amerikalıların da “Javelin”lərini borc verməkdən imtina etdik. Bu, xəyanətdir və belə xəyanət epizodları Gürcüstan və Ukrayna münasibətlərinin tarixində ağır ləkə olaraq qalacaq”, - Saakaşvili yazır.

Məlumat üçün bildirək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov dünən qeyd edib ki, Kiyev Tbilisidən 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” raket sistemlərini təhvil verməyi xahiş edib. Onun sözlərinə görə, Ukraynanın sorğusuna ABŞ-ın Gürcüstana verdiyi “Javelin” tank əleyhinə sistemləri də daxildir və sonuncu ilə bağlı ABŞ-dan nəinki razılıq, hətta onların daha yeni sistemlərlə əvəzlənməsi təklifi də olub.

Qafqaz.media