Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində Saakaşviliyə qalib gəlib
23/05/2024 - 13:07
Avropa İnsan Haqları Məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi üzrə Gürcüstan qalib gəlib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Facebook”da məlumat paylaşıb.
O, əlavə məlumatın tezliklə ictimaiyyətlə paylaşılacağını qeyd edib.
“Strasburq məhkəməsində “Saakaşvili-Gürcüstana qarşı” işi dövlətimizin tam qələbəsi ilə başa çatıb! Təfərrüatlar barədə tezliklə ictimaiyyətə məlumat verəcəyik”, - Breqadze bildirib.