Gürcüstanın nüfuzlu QHT-ləri Mixail Saakaşvili ilə bağlı bəyanat yaydı

26/11/2022 - 13:55

“Biz Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin səhhətinin əhəmiyyətli dərəcədə pisləşməsinə reaksiya veririk və hesab edirik ki, onun sonrakı müalicəsi məsələsi siyasi deyil, yalnız insanların həyat və sağlamlığının qorunması standartları əsasında həll edilməlidir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın “Açıq Vəqf” Cəmiyyətinin səhifəsində dərc edilmiş bir neçə qeyri-hökumət təşkilatının birgə bəyanatında qeyd olunur.

Bəyanatda daha sonra bildirilir ki, sənədi imzalayan təşkilatlar hakimiyyəti Mixail Saakaşvilinin xaricə transferi ilə bağlı ekspert rəylərində göstərilən məlumat və tövsiyələri rəhbər tutmağa çağırır.

Несколько неправительственных организаций распространили заявление в связи с Михаилом Саакашвили - 1TVBəyanatı aşağıdakı təşkilatlar imzalayıblar:

“Open Society Georgia Foundation”;

"Gürcüstanın Demokratik Təşəbbüsü";

“Psixososial və Tibbi Reabilitasiya Mərkəzi”;

“Tərəqqi adına profilaktika”;

"İnsan Hüquqları Mərkəzi";

"Gürcüstan Məhkəməsinin Qəyyumları";

“Demokratiyanın Öyrənilməsi İnstitutu”;

"Sosial Ədalət Mərkəzi";

“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”;

“Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət İnstitutu”;

“KİV-nin İnkişafı Fondu”;

"Yaşıl Alternativ";

İqtisadi-Siyasət Araşdırmalar Mərkəzi.

Qafqaz.media