Hacıqabulda namus davası: kişini çılpaq halda dirəyə bağlayıb... - ŞOK DETALLAR

26/11/2024 - 14:48

Hacıqabul rayonunda kişini kəndin girişindəki işıq dirəyinə bağlayaraq soyundurub təhqir edən şəxslər həbs ediliblər. Publika.az-ın əldə etdiyi məlumata görə, Hacıqabul rayon Məhkəməsinin 21 noyabr tarixli hökmü ilə vətəndaşı qanunsuz azadlıqdan məhrum etmiş 2 qardaşa həbs cəzası verilib. 1981-ci il təvəllüdlü Z. Cəfərov 3 il 8 ay, qardaşı 1985-ci il təvəllüdlü C. Cəfərova isə 3 il 6 ay həbs cəzası təyin edilib. Araşdırmalar zamanı məlum olub ki, Z. Cəfərovun ailəsi Hacıqabulun kəndlərindən birində yaşayıb, özü isə Zaqatalada işləyib. O, ailəsinə ərzaq alınması və digər xahişlərini kənddə avtobus sürücüsü işləyən dayısı oğlu Qüdrət Şirəliyevə tapşırıb. Bir müddət sonra isə Z. Cəfərovun kiçik qardaşı C. Cəfərov ona məlumat verərək Qüdrətin onun arvadına əxlaqsız təkliflər etdiyini deyib. Bundan sonra qadının əri ailəsinin yaşadığı rayona gəlib və dayısı oğlunu öldürəcəyini deyib. Lakin o, qardaşı ilə birgə onu döymək və təhqir etməklə cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə iki qardaş səhər saatlarında kəndin girişinə gediblər. Qüdrət həmin vaxt kənddən olan sərnişinləri götürərək avtobusla Hacıqabul istiqamətinə gedərkən qardaşlar maşının qarşısını kəsiblər. Onlar sürücünü zorla maşından düşürərək döyüblər və işıq dirəyinə bağlayıblar. Z. Cəfərov dayısı oğlunun şalvarını və köynəyini cıraraq əynindən çıxarıb və onu çılpaq halda təhqir edərək üzünə tüpürüb. Hadisə avtobusdakı sərnişinlərin və yoldan keçənlərin gözü qarşısında baş verib. 1 saata yaxın işıq dirəyində çılpaq halda bağlı qalan kişini daha sonra digər şəxslər açıblar. Hadisə barədə polisə məlumat daxil olduqdan sonra Cəfərov qardaşları barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb və onlar məsuliyyətə cəlb ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42