İlham Əliyev Nikol Paşinyanla görüşməyəcəyini BƏYAN ETDİ

25/11/2022 - 12:23

Azərbaycan Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını deyib.

“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxlanıldığını bildirdi. Dedi ki, Ermənistanın baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa prezidenti Makronun qatılacağı təqdirdə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, - deyə Azərbaycan dövlətinin başçısı bildirib.

Qafqaz.media