“İndi Türkiyənin Suriya ilə münasibətlərini yaxşılaşdırmasının vaxtı deyil”- ABŞ DÖVLƏT DEPARTAMENTİ

04/01/2023 - 09:20

ABŞ hesab edir ki, hazırda Suriya ilə münasibətləri normallaşdırmaq və yaxşılaşdırmaq vaxtı deyil.

Qafqaz.media xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ABŞ-ın Rusiya, Suriya və Türkiyə nümayəndələri arasında üçtərəfli təmas planları ilə bağlı mövqeyini açıqlayarkən bildirib.

"Biz müttəfiqlərimizə və tərəfdaşlarımıza çox açıq şəkildə bildirdik ki, indi münasibətləri normallaşdırmaq və yaxşılaşdırmaq vaxtı deyil. Ölkələr Əsədin kədərli insan haqları tarixini nəzərə almalıdır", - deyə Prays bildirib.

Xatırladaq ki, dekabrın 28-də Moskvada Türkiyə, Suriya və Rusiya Federasiyasının Müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar olub. Üç ölkənin xarici işlər nazirlərinin görüşü yanvarın ikinci yarısında baş tuta bilər.

Qafqaz.media