"İranın Azərbaycana qarşı hərəkətləri dostluğa sığmır" - MILIX YEVDAYEV

15/12/2022 - 13:08

“Bu günədək İranın əleyhinə bir söz demədik, amma onların bu gün etdikləri dostluğa sığmır”.

Bunu Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Vicdan azadlığı və media” mövzusunda konfransda keçirilən çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildir qonşularının qıcıqlanmaması üçün özünə dost ölkə ilə diplomatik əlaqələr qurmayıb: "Ancaq 44 günlük Vətən müharibəsi göstərdi ki, əsl dost kimdir. Belə çıxır ki, onlar bizim dar ağacımızı çoxdan hazırlayıb”.

"Biz hələ də öz həqiqətlərimizi tam yaya bilməmişik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ölkəmizə gələn xarici qonaqları Qubaya dəvət edir, ölkəmizi gəzdirir, ibadət evlərimizlə tanış edirəm. Hesab edirəm ki, Azərbaycan həqiqətlərinin təbliğində medianın rolu danılmazdır”, - M.Yevdayev bildirib./report