İsrail Beyrut yaxınlığındakı “Hizbullah” anbarına hücum edib

25/09/2024 - 06:02

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Beyrut-Səidə magistralında Livanın paytaxtından 30 km aralıda yerləşən Ciya kəndinə zərbə endirib. APA xəbər verir ki, “Al Hadath” telekanalının verdiyi məlumata görə, hücum nəticəsində “Hizbullah” təşkilatına məxsus silah və sursatların olduğu anbar məhv edilib. Dinc sakinlər arasında ölən və yaralananlar barədə məlumat verilmir. Beyrutda gecə saatlarında bir neçə partlayışın uzaqdan səsləri eşidilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15