İsrail İrana zərbələr endirmək üçün hədəfləri özünün seçdiyini açıqlayıb
İsrail İranda zərbə endirdiyi hədəfləri müstəqil olaraq seçib. APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Bu açıqlamanın İsrailin “Kanal 13” telekanalının yaydığı informasiyanı təkzib xarakteri daşıdığı bildirilir. Həmin məlumatda bildirilirdi ki, İsrail əvvəlcə İrandakı neft və qaz obyektlərinə hücumlar planlaşdırsa da, ABŞ-ın təzyiqi altında bu hücum planlarından imtina edib. Baş nazirin ofisi bu məlumatı rədd edərək, onu tamamilə yalan adlandırıb. “İsrail hədəfləri ABŞ-ın göstərişlərinə görə deyil, öz milli maraqlarına görə əvvəlcədən seçib”, - deyə Netanyahunun ofisinin bəyanatında bildirib.