“Kiyevdə elektrik kəsilməsi yaza qədər davam edə bilər” - Vitali Kliçkodan XƏBƏRDARLIQ

28/11/2022 - 13:30

Ukrayna paytaxtının meri Vitali Kliçko Rusiyanın Ukraynanın enerji infrastrukturunu atəşə tutması səbəbindən Kiyevdə elektrik enerjisinin kəsilməsinin yaza qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Qafqaz.media xəbər verir ki, mer bu barədə “RBC-Ukrayna”ya müsahibəsində bildirib.

"Biz çalışırıq ki, hər şeyi mümkün qədər tez bərpa edək, aydın qrafiklərə keçək ki, sürprizlər olmasın, sonra isə elektrik enerjisinin fasiləsiz verilməsinə keçək. Amma biz hazır olmalıyıq ki, işıqlar yaza qədər bərpa oluna bilər", - Kliçko deyib.

Onun sözlərinə görə, mütəxəssislər elektrik enerjisinin verilməsinin bərpası üzərində işləyirlər, bunun üçün avadanlığın bir hissəsi Qərbdən sifariş olunub – “onu istehsal etmək, Ukraynaya gətirmək və quraşdırmaq lazımdır”.

"Bu, həm də aşağı temperaturla bağlıdır, çoxlarının istilik qızdırıcı cihazları var - kiminsə isti döşəməsi, kiminsə UF qızdırıcıs var. İnsanlar soyuq havada həmişə daha çox elektrik enerjisi istehlak edirlər. Ona görə də enerji sisteminə böyük yük düşür", - o əlavə edib.

Qafqaz.media