Kreml Kissincerin ideyaları ilə maraqlanır – RƏSMİ AÇIQLAMA

16/12/2022 - 16:33

Kreml ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Ukrayna ilə bağlı fikirlərinə böyük maraq göstərir.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Şübhəsiz ki, Kissincerin istedadı, təcrübəsi və ideyası həmişə maraqla izlənilir. Xüsusilə belə kəskin vəziyyətlərdə onlara tələbat var. Biz bu ideyaları böyük maraqla öyrənəcəyik. Təəssüf ki, indiyədək belə bir imkan olmayıb”, - Rusiya KİV-i Peskovdan sitat gətirib.

Kissincer Britaniyanın “The Spectator” jurnalı üçün yazdığı məqalədə artıq baş vermiş “strateji dəyişikliklər”ə əsaslanaraq, proseslə bağlı danışıqlar aparmaq üçün səylərin gücləndirilməsinin zəruriliyindən bəhs edir. Onun sözlərinə görə, fevralın 24-dək mövcud olan sərhədlər boyu atəşkəs xətti çəkilməli, Rusiya qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır.

ABŞ-ın keçmiş dövlət katibi hesab edir ki, tərəflər bununla bağlı razılığa gələ bilməsələr, ilhaq edilmiş ərazilərdə beynəlxalq nəzarət altında referendum keçirə bilərlər.

“Krım və Donbass Rusiyanın nəzarəti altında qalmalıdır, lakin atəşkəs əldə edildikdən sonra danışıqlar aparıla bilər. Və sülh nizamlanması Ukraynanın NATO-ya üzv olmasına gətirib çıxaracaq, çünki bitərəflik alternativinin artıq mənası yoxdur”, - Kissincer bildirib.

Qafqaz.media