“Laçın yolunun açılmasına heç kim zəmanət vermir” – PAŞİNYAN

16/12/2022 - 09:55

Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı, dekabrın 15-də hakim “Mülki müqavilə” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib.

Qafqaz.media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, iclasda Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.

Məlumata görə, müzakirə zamanı Paşinyan deputatların yolun nə vaxt açılacağı ilə bağlı suallarına cavab vermədiyi üçün iclasda qalmaqal yaşanıb.

Qeyd olunur ki, baş nazir deputatlara müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxladığını, lakin onların heç birinin dəhlizin açılmasına zəmanət vermədiyini deyib.

Paşinyan Rusiyanın vasitəçiliyi ilə bağlı konkret heç nə deməyib.

Laçın Dəhlizi bağlandı: Ermənilərin təxribat törədəcəyinə dair məlumat var – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Qafqaz.media