Latviya “Dojd” telekanalını yayım lisenziyasını ləğv etməklə hədələdi – ŞOK SƏBƏB

03/12/2022 - 09:11

Rusiyadan güclə Avropaya köçən “Dojd” telekanalı növbəti dəfə lisenziyasının ləğv edilməsi təhlükəsi ilə üz-üzə qalıb.

Qafqaz.media xəbər verir ki, Latviya hökuməti telekanala iki xəbərdarlıq edib. Üçüncü xəbərdarlıqdan sonra telekanal ölkədə və ümumilikdə Avropa İttifaqı ərazisindı yayım hüququnu itirəcək.

Qeyd edək ki, “Dojd” Krım yarımadasının “Rusiyanın bir hissəsi olduğu” xəritəyənin göstərilməsinə, habelə Rusiya ordusu ilə bağlı efirdə deyilən "ordumuz" sözlərinə görə xəbərdarlıq aldı. Elektron Media üzrə Milli Şura (NEPLP) telekanalı 10 min avro cərimələyib.

Şuranın sədri İvars Abolins tvitter hesabında yazıb: “Bu, son aylarda “Dojd” telekanalının ikinci pozuntusudur. Üçüncü xəbərdarlıqdan sonra kanalın lisenziyasının ləğv oluna biləcəyi ilə bağlı xəbərdarlıq edilib”.

Qafqaz.media