Lavrovun "təkamül"ündən erməni separatçılığının məğlubiyyətinə doğru... - TƏHLİL

02/12/2022 - 14:18

Dünyada az adam Qarabağın Ermənistan tərəfindən işğalını “qanuniləşdirmək” üçün Rusiyanın XİN rəhbəri Sergey Lavrov qədər dəridən-qabıqdan çıxıb. Erməni lobbisi və Lavrov Ukraynanın işğalının ilk etapında Krımın ilhaqı ilə təcavüzə dəstək vermişdi. İndi isə Qarabağda bütün bu cəhdlər boşa çıxır. “Artsax” separatçı layihəsi tam fiaskoya uğrayıb. Qarabağ erməniləri üçün heç bir “status”dan söhbət gedə bilməz, yalnız "Azərbaycan vətəndaşı" statusu istisna olmaqla. Bunu 2022-ci il dekabrın 1-də keçirdiyi mətbuat konfransında həmin Rusiyanın XİN rəhbəri Serey Lavrov-Kələntərov rəsmən tanıdı və tanıtdı.
Rusiya XİN rəhbərinin sözlərindən belə nəticə çıxdı ki, Bakı Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqları verməyə hazırdır və Ermənistan rəhbərliyi ala biləcəyi bu “maksimum”la razılaşmaq məcburiyyətindədir. Lavrov açıqladı ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Belə ki, Praqada keçirilən dördtərəfli görüşdə erməni tərəfinin Alma-Ata bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir. Bunu cümə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında dedi.
“Alma-Ata bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub və həm Azərbaycan, həm Ermənistan, həm də Fransa və Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildikdə, bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”, deyə Rusiya XİN rəhbəri bildirib.
MDB-nin yaradılması haqqında Alma-Ata Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni dövlətlər arasında sərhədlər Dağlıq Qarabağ Muxtar Vilayətinin birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olduğu keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı sərhədlərə əsaslanacaq. Lavrov olanların günahını İrəvandakı siyasətçilərin üzərinə atmağa və onların Qərb vasitəçilərinə ümid bəsləməsinin puç olduğunu anlatmağa çalışaraq bildirdi ki, separatçı “Artsax”ın “statusu” məsələsi nəhayət ki, dəfn olunub. 
İndi isə erməni müxalifəti Paşinyan hakimiyyətini Qarabağ məsələsində erməni maraqlarına cavab verən formuladan imtina etməkdə ittiham edib. Məsələn, "Hayastan" blokundan olan deputat Andranik Tevanyan bildirir ki, hakim “Vətəndaş sazişi” partiyası növbədənkənar iclasın keçirilməsini dəstəkləsə də, erməni maraqlarına zidd olaraq mətnə ​​dəyişiklik etməyi təklif edib. O bildirib ki, xüsusilə, hakim partiya “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax Respublikası” ifadəsi ilə razılaşmır.
Müxalifət iddia edir ki, hakimiyyət "Dağlıq Qarabağ Respublikası" ifadəsini “Dağlıq Qarabağ erməniləri” ifadəsi ilə əvəz etmək istəyir. Həmçinin, "Vətəndaş sazişi" partiyası Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə bəndindən və ötən il Türkiyə ilə Azərbaycanın imzaladığı “Şuşa Bəyannaməsi”nin pislənməsindən imtina edib. Aydındır ki, Paşinyan hökuməti dirənmənin perspektivsizliyinin işarəsini Lavrovdan alıb. İndi isə belə bir məlumat verilir ki, Paşinyanın partiyası Qarabağ ermənilərini Azərbaycanda yaşayan milli azlıqlar kimi qəbul etməyi təklif edir. 
“Belə ki, müxalifətin təqdim etdiyi bəyanatdan fərqli olaraq, “Vətəndaş sazişi" daxilində “Dağlıq Qarabağ ermənilərinə hücum” ifadəsinin daxil edilməsi təklif olunub ki, buna görə də Qarabağ xalqı milli azlıq sayılır. Onlar həm də öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi ilə bağlı ifadələrin əleyhinədirlər”, deyə Tevanyan ifadə edib.
Ümumiyyətlə, “Vətəndaş sazişi” tərəfinin Qarabağ ermənilərinin Azərbaycanda yaşayan milli azlıqlar kimi qəbul edilməsi təklifi kifayət qədər məqbuldur. Çünki, nəhayət siyasi separatçılıq məişət həddinə enəcək. Ən pozitiv məqam isə budur ki, məğlubiyyət Lavrovun diiylə təsdiqləndi. 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33