“LAZIMİ ANDA, LAZIMİ YERDƏ ƏMƏLİYYAT HƏYATA KEÇİRİLƏCƏK” - İran Süleymaninin qətlinə görə cavab əməliyyatı hazırlayır
03/01/2023 - 22:09
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami iranlı general Qasım Süleymaninin ölümünün üçüncü ildönümü ilə əlaqədar Tehranda keçirilən matəm mərasimində çıxış edib.
Qafqaz.media-nın məlumatına əsasən, Səlami deyib ki, İran onun qətlinə görə ABŞ-dan qisas almaq hüququnu özündə saxlayır. Bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb.
“İran bu hücuma görə ABŞ-dan qisas almaq qərarından geri çəkilməyib. İntiqam əməliyyatı hazırlanır və lazımi anda, lazımi yerdə həyata keçiriləcək”, - deyə Salami bildirib.
Qafqaz.media