Lin Treysi: Rusiya regiondan çıxsa, qan tökülməsinə son qoyulacaq

01/12/2022 - 13:30

“Rusiya regiondan çıxsa, ABŞ-ın daha güclü rol oynaması və qan tökülməsinə son qoyması üçün imkanlar yaranacaq”. Qafqaz.media bildirir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd Lin Treysi deyib.
“ABŞ Ermənistanla Azərbaycan arasında gərgin münasibətlərin həllində dəyərli rol oynayır. Münaqişənin mərkəzində təbii ki, mübahisəli ərazilər və orada yaşayan ermənilərin və azərbaycanlıların hüquqlarını qoruyan sabit həll yolunun tapılması zərurəti dayanır”, - Treysi vurğulayıb.
ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə irəli sürülməzdən əvvəl Treysi İrəvanda eyni vəzifədə idi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33