Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO - YENİLƏNİB

02/02/2025 - 13:48

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

    ***

    11:29

    Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

    APA-nın yerli bürosunun verdiyi məlumata görə, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

    Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

    Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilirdi.

     

    Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO - YENİLƏNİB Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO - YENİLƏNİB

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabah hava necə olacaq?
    01/02/2025 - 12:13