MAQATE rəhbəri: Ukraynanın atəşə tutulması atom elektrik stansiyasında qəza riskini artırır

24/11/2022 - 22:00

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Mariano Qrossi Rusiya tərəfindən atəşə tutulması səbəbindən müharibə başlayandan bəri Ukraynanın bütün atom elektrik stansiyalarının ilk dəfə eyni vaxtda elektrik şəbəkəsindən ayrılmasını şərh edib.

Qafqaz.media xəbər verir ki, o, yenidən elektrik stansiyasının ərazisində hərbi əməliyyatları dayandırmağa çağırıb.

“Bir yerdə çoxlu nüvə materialı olduqda və kənar təsir baş verdikdə, məsələn, bir stansiyanın yanacaq anbarına, işlənmiş yanacağa və ya reaktora birbaşa təsir etdikdə və ya atom elektrik stansiyası soyutma üçün elektrik qəbulunu dayandırdıqda, onda qəza baş verə bilər. Atmosferə tullantılar atıla bilər. Aydındır ki, bu halda hadisənin fəsadı sərhədlərin hər iki tərəfində, Zaporojye bölgəsindən çox-çox uzaqlarda olacaq. Odur ki, nəyin bahasına olursa-olsun bunun qarşısını almaq lazımdır”, - Qrossi bildirib.

Qeyd edək ki, dünən tarixdə ilk dəfə olaraq Ukraynada fəaliyyət göstərən dörd atom elektrik stansiyasının hamısıda - Zaporojya, Rivne, Xmelnitski və Cənubi Ukrayna - enerji təchizatı kəsilib və onların təhlükəsiz işləməsini təmin etmək üçün müvəqqəti olaraq elektrik generatorları işə salınıb. Cəmi bir neçə ay əvvəl bu görünməmiş vəziyyət təsəvvür edilə bilməzdi

.

Qafqaz.media