Medvedev Zelenskinin danışıqlardan imtina etməsini qiymətləndirdi

08/12/2022 - 22:53

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev prezident Vladimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsinə münasibət bildirib.

Qafqaz. media-nın Rusiya mətbuatına istinadla məlumatına görə, o, bu barədə öz Telegram kanalında yazıb.

Medvedev Rusiya mediasını danışıqlardan imtina etdiyinə görə Zelenskini xüsusi qeyd etməyə” çağırıb. Eyni zamanda Ukrayna prezidentinin adını kiçik hərflə yazıb.

Bunun sayəsində Rusiya artıq suallarsız, gərəksiz güzəştlərə getmədən başladığı işi sona çatdıracaq,- deyə  Medvedev vurğulayıb.

Xatırladaq ki, az əvvəl Amerikanın Time jurnalı Zelenskini ilin adamı elan etmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu hadisəni  şərh edərkən bildirmişdi ki, nəşrin meyarları ümumavropa meyarlarından kənara çıxmır və rusofob xarakter daşıyır.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33