Əməkdar artist Gülüstan Əliyeva AQDİM-nin idarə heyətinin fəxri üzvü seçilib

02/02/2024 - 08:43

Qafqaz.Media xəbər verir ki, yanvar ayının 24-də "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi" nin idarə heyətinin qərarı ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik, Opera və Balet Teatrının solisti, Azərbaycan Milli
Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan xanım Əliyeva AQDİM-nin idarə heyətinin fəxri üzvü seçilib.
Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi" nin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan
əziyyət çəkən ușaqlara qayğı" Dövlət proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49