Münhendəki gənclərimiz Azərbaycan Evində bir araya gəliblər - FOTOLAR

30/11/2022 - 16:26

Münhen şəhərində yerləşən Azərbaycan Evində Münhen Gənclər Təşkilatının ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qafqaz.media-ya bildiriblər ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edilib.

Toplantıda çıxış edən təşkilat rəhbərləri Taleh Babayev və Bəhruz Niftəliyev il ərzində görülən işlər barədə hesabatla çıxış ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor quruculuğunda mühüm rol oynayan layihələrindən biri – Diaspor Gənclərinin Şuşada təşkil olunmuş üçüncü yay düşərgəsi barədə xoş təəssüratlarını bölüşüblər. “Şuşa İli” çərçivəsində Komitənin mədəniyyət paytaxtımıza təşkil etdiyi səfərdə Münhen şəhərində yaşayan bir qrup gəncin də iştirak etdiyi məmnunluqla qeyd olunub.

Toplantı iştirakçılarına 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu barədə məlumat verilib, gələn il keçiriləcək tədbirlərin planı müzakirə edilib.

Tədbir intellektual və əyləncəli oyunlarla davam edib.

Qafqaz.media

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ