Olland yeni hökumətin başçısı postuna namizəd olmayacağını açıqlayıb
Fransa parlamentinə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasından seçilən eks-prezident Fransua Olland gələcək hökumətin başçısı postuna iddialı olmadığını bildirib. APA xəbər verir ki, Olland bu barədə BFMTV kanalının efirində çıxışı zamanı bildirib.Qeyd edək ki, Fransanın hazırkı baş naziri Qabriel Attal ölkədə keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə görə iyulun 8-də Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verəcəyini bildirmişdi.Ollandın fikrincə, seçkilərdən sonra Emmanuel Makronun gələcək hökumətin formalaşdırılması ilə bağlı parlamentdə daha çox yer qazanan Yeni Xalq Cəbhəsi koalisiyasına üz tutması məntiqli olardı. İyulun 7-də Fransada parlamentin aşağı palatasına seçkilərin ikinci turu keçirilib. Ölkənin Daxili İşlər Nazirliyi 1997-ci ildən bəri birinci turda ən yüksək seçici fəallığını qeyd edib ki, bu da 66,7 faiz təşkil edib.