“Özümü 100% ukraynalı hiss edirəm və bununla heç vaxt bu qədər fəxr etməmişəm” - SAAKAŞVİLİ

30/12/2022 - 14:42

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Ukrayinska Pravda”ya müsahibəsində “İndi Ukraynada olsaydım, Zelenskinin yanında olardım” deyib.

Qafqaz.media xəbər verir ki, jurnalist Saakaşvilidən “Ukraynadan Gürcüstana qayıtmasa və Rusiyanın Ukraynaya hücumu zamanı Kiyevdə olmasaydı, nə edərdi”, - deyə soruşub və Saakaşvili belə cavab verib:

“Birincisi, Çörçilldən sonrakı dövrün ən görkəmli dövlət xadimi hesab etdiyim prezident Zelenskiyə yaxın olardım. Onunla müqayisədə Reyqan və Tetçer əsəbi halda kənarda siqaret çəkirlər. Eyni zamanda, Ukraynaya dəstəyi səfərbər etmək üçün əlaqələrimdən istifadə edərdim.

İkincisi, mən daim cəbhə xəttinə gedərdim, həm ukraynalı, həm də gürcü döyüşçülərinə kömək edərdim. Bu yaxınlarda gürcü döyüşçüləri məni ad günü münasibətilə təbrik edən kollektiv müraciət yazdılar, baxmayaraq ki, onlardan 35-nin artıq müharibədə, o cümlədən 7-nin Baxmut cəbhəsində həlak olduğunu bir an belə unutmuram. Və bir çox ukraynalı dostlarım öldü və ya yaralandı”.

Saakaşvilinin sözlərinə görə, onun köməkçisi Vladimir Çavriqa Xerson yaxınlığında öldürülüb, onun mühafizəçisi Mixail Baturin isə Baxmut yaxınlığında ağır yaralanıb.

“Mən özümü 100% ukraynalı kimi hiss edirəm və bununla heç vaxt bu qədər fəxr etməmişəm”, - Saakaşvili bildirib.

Qafqaz.media