Paris aranı qarışdırmaq üçün hərəkətə keçdi: Türklərlə kürdlər arasında...

19/12/2024 - 10:36

Fransa Türkiyə ilə Suriyanın şimal-şərqindəki kürdlər arasında razılıq əldə etməyə çalışır. Publika.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib. O vurğulayıb ki, kürdlər istənilən siyasi keçid prosesinin bir hissəsi olmalıdır. Onun sözlərini “Reuters” sitat gətirib. “Biz əminik ki, hər kəsin maraqlarını təmin edəcək razılaşma tapıla bilər. Biz bunun üzərində işləyirik”, - deyə Barro əlavə təfərrüatlar verməkdən imtina edib. Onun sözlərinə görə, prezident Emmanuel Makron bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Almaniyada matəm elan edildi
21/12/2024 - 23:32