"Paris Rusiyadan qisas almağa səy göstərir" - Yevgeni Mixaylo

01/12/2022 - 16:32

Rusiyanın Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov fransalı parlamentarilərin Azərbaycan əleyhinə hərəkətlərinə münasibət bildirib.
O deyib ki, Fransa parlamentinin Azərbaycanın Ermənistana qarşı hərəkətlərini pisləyən qətnamə qəbul etməsi Makronun Bakıya qarşı siyasətinin davamıdır.
 Beləliklə, Fransa Cənubi Qafqazda mövqelərini gücləndirməyi və sülhməramlılığı öz üzərinə götürərək, bununla da Parisi regionda istənilən hərəkətdən uzaqlaşdıran “Rusiyadan qisas almağa” səy göstərir.
 Azərbaycan və Rusiya yaxşı bilirlər ki, Fransa regionda sülhün əldə olunmasında maraqlı deyil və vəziyyətin sabitliyini pozmaq üçün hər şeyi edir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33