“Paşinyan Qərbin adamı deyil, "Kremldən hamilədir"" – Erməni siyasətçidən sensasion açıqlama / VİDEO

02/12/2022 - 14:54

İrəvanda anti-Rusiya əhval-ruhiyyəsinin “öndərlərindən” biri "Milli Demokratik Qütb" Partiyasının üzvü Vaqe Qasparyan Zəngəzur dəhlizi haqqında maraqlı açıqlama edib.

Qafqaz.media-nın məlumatına əsasən, o bildirib ki, Sünikə (Zəngəzura – red.) qarşı yeni aqressiya baş verəcək və növbəti müharibə olacaq.

Qasparyan bu günlərdə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında telefon danışıqlarının baş tutuduğu və Zəngəzur dəhlizində dair müzakirələrin aparıldğını iddia edib. Daha dəqiq desək, Qasparyanın fikrincə, Rusiya və Azərbaycan prezidentləri arasında üçtərəfli 10 Noyabr Bəyannaməsinin yerinə yetirilməsini və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan müzakirələrdən söhbət gedir.

Qasparyan prezident Putini "Paşinyanın dəyirmanına su tökməkdə" günahlandırıb və onun qarşıdan gələn eskalasiyada məsuliyyət daşıdığını bildirib. Həmçinin, Paşinyanın həm Qərbin, həm Rusiyanın adamı olması iddiasını təkzib edib və baş nazirin tamamən "Kremldən hamilə olduğunu" ifadə edib.

 

Qafqaz.media