Pensiya yaşının artırılması bu qadınlar üçün MÜSBƏT HALDIR - DEPUTAT AÇIQLADI

02/07/2024 - 07:35

Bu gündən etibarən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artaraq 64 olub.

1 iyul 2024 - 30 iyun 2025-ci ildə kişilər 65, qadınlar isə 64 yaşında pensiyaya çıxa biləcək.

Bu məsələ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə tənzimlənir.

Belə ki, Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq, 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Referans.Az-a açıqlamasında danışıb.

 

                                                 

 

“Pensiya yaşını artırdıqda da, azaltdıqda da doğru və ya yanlış olması ilə bağlı müəyyən arqumentlər ortaya çıxır. Bu baxımdan da bunun məqsədəuyğunluğunu dövlət müəyyən etməlidir. Burada hansı kateqoriyadan olan insanların məşğulluq və başqa ixtisaslaşma məsələləri üzərində statistikasının təhlilindən, eyni zamanda ölüm yaşının təhlilindən sonra belə bir addım atılmalıdır. Buna görə də bu mülahizələrə nə konkret yanlış və ya doğru demək mümkün deyil. Bu kimi məsələlərdə biz mütləq statistikanın gerçəkliklərini nəzərə almalıyıq”.

Fazil Mustafa düşünür ki, qadınlar arasında pensiya yaşının artırılması individual olaraq müsbət və mənfi hal kimi dəyişə bilər.

“Qadınların pensiya yaşının artırılması müəyyən kateqoriya qadınlar üçün zərərlidir, vaxtında pensiyaya çıxa bilmirlər. Amma işləyən qadınlar üçün bu əksinədir. Buna görə də bu qərarın kiminsə marağının təmin olunub-olunmadığını söyləmək çətindir. Biz bunun sadəcə elmi əsaslandırılması ilə tanış olmalıyıq və bunun izahı dəqiq şəkildə verilməlidir ki, insanlar çaşqınlığa düşməsin”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37