Prezidentin iqamətgahına oğru girib – Bir miqdar pul və sənədlər oğurlanıb

05/07/2024 - 11:52

Keçən ay Kamerunda Prezident iqamətgahına oğru girib. “AzPolitika” xəbər verir ki, bu barədə ölkə mətbuatı özəl mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, oğrular iyunun 15-dən 16-na keçən gecə Nazirlər Kabinetinin direktoru Samuel Mvondo Ayolonun saraydakı ofisindən oğurluq ediblər. Saraydan bir miqdar pul və bəzi sənədlərin oğurlandığı deyilir. Maraqlı məqamlardan biri odur ki, oğurluq anında saraydakı təhlükəsizlik kameraları çalışmayıb. Kameraların işlək vəziyyətdə olmaması ölkədə böyük müzakirələrə səbəb olub. Qeyd olunanlarla bağlı Kamerun hökuməi rəsmi açıqlama verilməyib.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İtaliyada zəlzələ oldu
09/11/2024 - 16:21
Heç 24 saat çəkmədi...
07/11/2024 - 11:25